Kürdəmirdə avtomobil aşdı, sürücü yaralandı

Kürdəmirdə avtomobil aşdı, sürücü yaralandı
12:52 5 Yanvar 2020
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Hadisə Ağsu-Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Elxan Tümərxan oğlu "Mercedes" markalı avtomobillə Zərdab istiqamətində hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR