“Real” Braziliyadan 18 yaşlı oyunçu alır - 35 milyona

“Real” Braziliyadan 18 yaşlı oyunçu alır - 35 milyona
12:57 5 Yanvar 2020
84 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Flamenqo"nun hücumameylli yarımmüdafiəçisi Reyniri qış fasiləsində transfer edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Braziliyalının transferi 35 milyon avroya başa gələcək. Bu məbləğin 80 faizi kluba, 20 faizi isə futbolçu ilə agentinə çatacaq.

Tərəflər müqaviləni imzalamaq üçün yanvarın 19-nu gözləyir. Məhz həmin günü futbolçunun 18 yaşı tamam olur. "Real" yeniyetmə futbolçuların transferi məsələsində FİFA-nın problemi ilə üzləşməmək üçün həmin vaxta qədər gözləmək qərarı verib.

Qeyd edək ki, Reynir transfer edildikdən sonra müəyyən müddət "Real"ın ikinci komandası olan, üçüncü liqada çıxış edən "Kastilya"da oynayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR