İstifadəçilər “WhatsApp”ı kütləvi şəkildə silir - YENİ QƏRARA görə...

İstifadəçilər “WhatsApp”ı kütləvi şəkildə silir - YENİ QƏRARA görə...
13:23 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük mesajlaşma platforması sayılan “WhatsApp”da yenilik olacaq.

Publika.az
xəbər verir ki, yeni versiyada istifadəçilərin hekayə paylaşdıqları bölmədə reklamlar görünəcək.

1,5 milyard istifadəçisi olan şirkətin bu qərarı narazılıqla qarşılanıb. Çox sayda istifadəçi şirkətin sahibi Mark Zukerberqə “Facebook” sosial şəbəkəsində öz tənqidlərini yazıb və bunu edəcəyi təqdirdə, platformanı tərk edəcəyini deyib.

Xatırladaq ki, “WhatsApp” 2012-ci ildə istifadəçilərinə platformanın gəlir məqsədli istifadə edilməyəcəyi və istifadəçilərinin məlumatlarını toplamayacağı barədə söz vermişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/301039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR