ABŞ rusların taktikasını ukraynalılardan öyrənir

ABŞ rusların taktikasını ukraynalılardan öyrənir
13:52 5 Yanvar 2020
69 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ ordusu Ukrayna silahlı qüvvələrilə sıx əməkdaşlıq edir və onların təcrübəsindən istifadə edir.

Milli.Az axar. az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O, amerikalı hərbçilərin ukraynalı əsgər və zabitlərdən rus taktikası, rus texnikası, rusların öz texnikalarını əraziyə çatdırma üsulu haqda məlumat aldıqlarını, rusların necə müharibə apardıqlarını anlamağın onlar üçün vacib olduğunu qeyd edib.

Diplomatın sözlərinə görə, amerikalı hərbçilər ukraynalıların sayəsində dron və artilleriyaya qarşı necə mübarizə aparmaq lazım olduğunu, informasiya müharibəsinin necə aparıldığını mənimsəyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR