Kiyevdən İsrailə cavab: "Qəhrəmanımızı özümüz seçirik!"

Kiyevdən İsrailə cavab: "Qəhrəmanımızı özümüz seçirik!"
14:17 5 Yanvar 2020
80 Dünya
Ölkə mətbuatı
A- A+

Hər bir xalq və hər bir dövlət müstəqil şəkildə öz qəhrəmanlarını müəyyən edir və alqışlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Yekaterina Zelenko İsrail və Polşa səfirlərinin Ukrayna millətçilərinin qəhrəmanlaşdırılmasını qınayan birgə sənədinə cavab olaraq söyləyib.

"Ukrayna xalqının milli xatirəsinin dirçəlməsi və qorunması Ukraynanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir xalq və dövlət öz qəhrəmanlarını müstəqil şəkildə müəyyən edir", - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, yanvarın 1-də Ukrayna millətçiləri təşkilatının lideri Stepan Banderanın anadan olmasının 111 illiyi münasibətilə minə yaxın insan yürüş keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR