İspaniya təmsilçisində yeni müqavilə

İspaniya təmsilçisində yeni müqavilə
14:32 5 Yanvar 2020
65 İdman
Ölkə mətbuatı
A- A+

"Real Sociedad" baş məşqçisi İmanol Alqvasil ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı. Yeni müqaviləyə əsasən bu müddət 2021-ci ilin yayına qədər uzadılıb.

Alqvasil "Real Sociedad"ı 2017/18 mövsümündən çalışdırır. 2018-ci ilin mayında o, yerini Asyer Qaritanoya versə də, həmin ilin dekabr ayından etibarən yenidən baş məşqçi postuna qaytarılıb.

Qeyd edək ki, "Real Sociedad" cari mövsümdə 18 oyuna 31 xal toplayıb və La Liqada 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR