Bakıda yaşayış binasının dam örtüyü yanır

Bakıda yaşayış binasının dam örtüyü yanır
15:17 5 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumata görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yasayis-binasinin-dam-ortuyu-yanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR