İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı 53-ə çatıb

İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı 53-ə çatıb
15:22 5 Yanvar 2020
73 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın paytaxtı Cakarta şəhərində və ətraf rayonlarda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, daha bir nəfər itkin düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 170 mindən çox insanın təxliyə edildiyi bildirilir.

Xatırladaq ki, 2019-cu il dekabrın 31-də İndoneziya paytaxtına yağan leysan yağışlar zamanı Cakartanın böyük bir hissəsi və ətraf rayonlar su altında qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR