Milli Məclisə seçkilərlə əlaqədar 394 nəfərin namizədliyi qeydə alınıb

Milli Məclisə seçkilərlə əlaqədar 394 nəfərin namizədliyi qeydə alınıb
15:47 5 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 264 namizəd müraciət edib".
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1 786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb. 807 nəfər 30 siyasi partiyanın üzvüdür". 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclise-seckilerle-bagli-394-neferin-namizedliyi-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR