MSK-dan iki seçki komissiyası ilə bağlı QƏRAR

MSK-dan iki seçki komissiyası ilə bağlı QƏRAR
15:53 5 Yanvar 2020
34 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki məntəqə seçki komissiyası buraxılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı fəaliyyəti müzakirə edilib və həmin məntəqələrin fəaliyyətində nöqsanların aşkarlandığı bildirilib.

Eyni zamanda, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.

30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsi komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı hər iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR