Parlament seçkilərində iştirak üçün nə qədər namizəd qeydə alınıb? - Məzahir Pənahov açıqladı

Parlament seçkilərində iştirak üçün nə qədər namizəd qeydə alınıb? - Məzahir Pənahov açıqladı
16:08 5 Yanvar 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 264 namizəd müraciət edib".

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1 786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb. 807 nəfər 30 siyasi partiyanın üzvüdür".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR