İmişlidə avtomobil piyadanı vurub

İmişlidə avtomobil piyadanı vurub
16:17 5 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"-un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 02:00 radələrində İmişli-Qaravəlli-Mirili yerli əhəmiyyətli avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Orucov Mehman Afəddin oğlunu avtomobil vurub. Yaralı kəllə-beyin travması və daxili qanaxma ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyəti orta ağırdır. 
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-avtomobil-piyadani-vurub05012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR