Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb
17:02 5 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb. 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:15
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumata görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yasayis-binasinda-bas-vermis-yangin-sondurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR