Donald Tramp Yaxın Şərqə qoşun yeridir - Müharibə siqnalı

Donald Tramp Yaxın Şərqə qoşun yeridir - Müharibə siqnalı
17:05 5 Yanvar 2020
95 Dünya
Ölkə mətbuatı
A- A+

İran təhlükəsi Amerika hərbi maşınını hərəkətə gətirdi.

Qasim Süleymaninin qətlindən sonra yüzlərlə ABŞ əsgəri Yaxın Şərqə yeridilir. Şimali Karolina ştatının Fort Bragg şəhərindən Küveytə yola salınan elit hərbi birləşmələr İranın gözlənilən hücumlarına çevik reaksiya vermək üçün səfərbər olunur. "The Associated Press" agentliyinin xəbərində belə deyilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 82-ci hava-desant diviziyasının sözçüsü podpolkovnik Mayk Burns "Associated Press"-ə bildirib ki, çevikliyi ilə seçilən hərbi briqadanın 3500 üzvü bir neçə gün ərzində Amerikanın Yaxın Şərqdəki hərbi bazasına yerləşdiriləcək. Onlar həftənin əvvəli göndərilmiş 700 əsgərə qoşulacaqlar.

Hərbi qulluqçularla yanaşı, hərbi texnika da təyyarələrə yüklənərək yeni ünvana göndərilir.

ABŞ general Qasım Süleymaninin ölümü ilə nəticələnən hücumdan sonra İranın mümkün cavab tədbirləri ilə əlaqədar narahatdır.

Mayk Börns çevik reaksiya qüvvələri əsgərlərinin xaricdəki böhranlara tez bir zamanda reaksiya verməyə hazır olduğunu söyləyib. Bu hərbi birləşmədə xidmət edən hərbçilər rəhbərlik tərəfindən çağırıldıqdan uzağı iki saat sonra hərbi hissədə olmalıdır.

"Məzuniyyətdə olub-olmamaları, evdə pivə içib-içməmələri önəmli deyil. Düşünün ki, uşaqlarla həyətə çıxmısan, sənə zəng gəlir və deyirlər ki, getməliyik".

82-ci hava qoşunlarında xidmət edən əsgərlərdən birinin həyat yoldaşı deyib: "Hər şey o qədər sürətlə baş verdi ki, ərimlə görüşüb vidalaşa bilmədim. Heç telefonla da əlaqə saxlamadıq".

Onun 5 uşağı var. Əri 2010-cu ildən bəri hərbi xidmətdədir və artıq iki dəfə Əfqanıstana aparılıb. "Ancaq o vaxt rahat şəkildə görüşüb vidalaşdıq. İndi isə son dərəcə tələsik durumla qarşılaşdıq. Bu dəfə onun getdiyini təsdiqləyən ikinci bir mesaj gəldi və o, təyyarə ilə uzaqlara aparıldı: "Ona yazdım ki, bizə görə narahat olma. Hər şey yaxşı olacağıq. Sən öz missiyana diqqət et", - qadın deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR