XİN: İran heç vaxt müharibə və gərginlik istəməyib

XİN: İran heç vaxt müharibə və gərginlik istəməyib
17:50 5 Yanvar 2020
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran heç vaxt müharibə və gərginlik istəməyib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib. Bu barədə Trend Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.

A.Musəvi, bununla belə İran hər bir şəraitə hazır olduğunu elan edib.

Nazirlik rəsmisi əlavə edib ki, İran İslam Respublikası və Xarici İşlər Nazirliyi təhdid altında müzakirəni qəbul etmir.

Belə ki, İran Xarici İşlər Nazirliyi general Qasim Süleymaninin ölümü ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı çərçivəsində hərəkət edir.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3173121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR