Robotlar bu peşələri ələ keçirir - İşsizlik artacaq

Robotlar bu peşələri ələ keçirir - İşsizlik artacaq
17:57 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Ümumrusiya Elmi Araşdırmalar İnstitutunun mütəxəssisləri tezliklə robotların insanları əvəz edə biləcəyi peşələri açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, mütəxəssislərin rəyinə əsasən, ilk növbədə, robotlar sənədləşdirmə və xidmət satışı ilə məşğul olan bank, sığorta şirkəti, turizm agentlikləri əməkdaşlarını əvəz edə bilər. Artıq bu gün onlayn rejimdə bank hesabı açmaq, təyyarə bileti almaq mümkündür. Robotlaşma həm də informasiya daxil edilməsi və işlənilməsi ilə məşğul olan administrator, köməkçilər, yoxlanış və nəzarət sahələrində də insan əməyini sıxışdırıb çıxara bilər. Belə ki, kassir, nəzarətçi, satıcı və mühafizəçilərin funksiyaları artıq avtomatlaşdırılmış sistemlər tərəfindən həyata keçirilir.

Lakin mütəxəssislərin rəyinə əsasən, bu sahələrin çalışanları işsiz qalmayacaq və yalnız insanların öhdəsindən gələ biləcəyi daha mürəkkəb peşələr yaranacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR