Qaxda qəza törədən avtomobil yanacaq-doldurma məntəqəsinə çırpılıb

Qaxda qəza törədən avtomobil yanacaq-doldurma məntəqəsinə çırpılıb
17:57 5 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Qax rayonunda iki minik avtomobili toqquşub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.
Zərbənin gücündən "Hyundai" ərazidə olan "Azpetrol" yanacaq doldurma məntəqəsinin qiymət panelinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-qeza-toreden-avtomobil-yanacaq-doldurma-menteqesine-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR