İran ABŞ-la nüvə sövdələşməsinə dair danışıqları davam etdirmək istəyir

İran ABŞ-la nüvə sövdələşməsinə dair danışıqları davam etdirmək istəyir
18:07 5 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

İran ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq bu ölkə ilə nüvə sövdələşməsinə dair danışıqları “5+1” (Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin və ABŞ) formatında davam etdirməyə hazırdır.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.
“Bu, bizim ABŞ-la qarşılıqlı münasibətlərimiz üçün şərtdir. Bununla belə, generalla bağlı baş verənlərə cavab vermək lazımdır”, - deyə o, qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-abs-la-nuve-sovdelesmesi-danisiqlarini-davam-etdirmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR