Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü
18:12 5 Yanvar 2020
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

Belə ki, rayonun Kür kənd sakini 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlu yolu keçmək istəyərkən onu "VAZ-21015" markalı minik avtomobili vurub. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım birqadasının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR