İbrahimoviçin heykəli aşırıldı - FOTO

İbrahimoviçin heykəli aşırıldı - FOTO
18:22 5 Yanvar 2020
66 Dünya
Ölkə mətbuatı
A- A+

"Milan"a transfer olunan Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəli növbəti dəfə vandalizmə məruz qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir qrup şəxs isveçli futbolçunun heykəlinin ayaqlarını kəsərək, aşırıblar. Hadisəni törədənlər İbrahimoviçin heykəlinin başına üzərində "İsveç" yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə "götürülsün" sözü yazılıb.

Polis, hadisəylə bağlı araşdırma aparır.

İbrahimoviçin heykəli bundan əvvəl də vandalizmə məruz qalmışdı. Belə ki, bir qrup şəxs hücumçunun heykəlini boyayaraq, yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR