Zərif Brüsselə dəvət olunub

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Brüsselə dəvət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Aİ-nın xarici siyasət xidmətinin yazılı açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, Zərifin Brüsselə dəvət olunmasında məqsəd İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsindən sonra yaranmış vəziyyəti müzakirə etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR