İran nüvə sazişi barədə son qərarını açıqlayacaq

İran nüvə sazişi barədə son qərarını açıqlayacaq
18:32 5 Yanvar 2020
31 Dünya
Ölkə mətbuatı
A- A+

İran Hərtərəfli Birgə Fəaliyyət Planındakı öhdəliklərin azaldılması ilə əlaqədar qərar verəcək.

Milli.Az bildirir ki, Trend-in "ISNA"ya istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, nüvə sazişində öhdəliklərin azaldılmasına dair bu gecə iclas keçiriləcək.

Nazirlik rəsmisi əlavə edib ki, 5-ci addımın atılması ilə bağlı planlar hazırlanıb.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran 5 sentyabrda növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran 5 noyabrda nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR