Qax rayonunda iki minik avtomobili toqquşub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Zərbənin gücündən "Hyundai" ərazidə olan "Azpetrol" yanacaq doldurma məntəqəsinin qiymət panelinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.(Report)