Pompeo: "ABŞ Suleymaninin zərərsizləşdirilməsi zərurətinə şübhə etməyib"

Pompeo: "ABŞ Suleymaninin zərərsizləşdirilməsi zərurətinə şübhə etməyib"
19:12 5 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatların ali rəhbərliyində İran generalı Qasım Suleymaninin öldürülməsinə zərurətlə bağlı şübhələr olmayıb.
“Report” xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.
"Kəşfiyyata giriş hüquq olan böyük rəhbərlərdə heç bir şübhə yox idi. Mən xatırlayıram ki, general Milli (ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri – red) dedi: "Əgər bu zərbə endirilməsəydi, biz səhlənkar cinayətə yol verərdik, ", - Pompeo ABC telekanalına bildirib.
Onun sözlərinə görə, kəşfiyyat məlumatları göstərib ki, "Suleymani özünün terrorçuluq kampaniyasını planlaşdırmaqda davam edib" və bu onun zərərsizləşdirilməsi üzrə hərəkətlərdən də böyük risk idi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pompeo-abs-suleymaninin-zerersizlesdirilmesi-zeruretine-subhe-etmey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR