“Peyğəmbərin qarşısında günahkarıq”

“Peyğəmbərin qarşısında günahkarıq”
09:31 17 Yanvar 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

“Biz ümmət kimi peyğəmbərin qarşısında günahkarıq. Çünki o, “biribinizə zülm etməyin” dedi, biz birbirimizə zülm etdik”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin rəsmi din qurumu “Diyanət”in sədri Mehmet Görmez cümə xütbəsi oxuyarkən deyib.

Dünən Edirnə şəhərindəki tarixi “Selimiyə” məscidində cümə namazı qıldıran Görmez İslam peyğəmbəri həzrəti Muhammədin (S) insanların dərdlərini öz dərdi kimi qəbul etdiyini və həlli üçün əlindən gələni etdiyini bildirib.

“Bu gün onun qarşısında günahkarıq. Amma günahkar olmağımız bəzi vicdanını itirmişlərin onunla istehza etməsi deyil. Çünki günəşi üfürərək söndürmək olmaz. Günahımız, onun təbliğ etdiyi müqəddəs dəyərləri insanlara kifayət qədər təbliğ etməməyimizdir.

Günahımız, başqalarının Həzrəti Muhammədə (S) hörmətsizlik etməyi deyil, ona ümmət olan möminlərin onun əxlaqını, onun rəhmət yüklü ədaqlətini, onun hikmət yüklü əxlaqını öz həyatlarında tətbiq etməmələri və başqalarına göstərməmələridir...”.

Qeyd edək ki, Görmezin oxuduğu bu xütbə dünən Türkiyənin bütün məscidlərində oxunub.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR