Süleymani öləcəyini bilirmiş – Şok məktub

Süleymani öləcəyini bilirmiş – Şok məktub
20:08 5 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.

Axar.az xəbər verir ki, məktub ötən gecə üzüyü ilə birlikdə Süleymaninin qızı Zeynəb Süleymaniyə təhvil verilib.

Süleymaninin qardaşı İran mediasına açıqlamasında məktubun onun şəxsi əşyalarının arasından tapıldığını deyib:

“Əl yazısı şəhadətindən 2-3 saat əvvələ aiddir. Şəhadətindən bir həftə əvvəl birlikə idik. Bu, son görüşümüz idi. Bu məktubu Suriyada təyyarəyə minməzdən əvvəl qələmə alıb. Əl yazısından da başa düşüldüyü kimi şəhid olacağından xəbərdar idi”.

Məktubda “Allahım, səni görməyə aşiqəm, bizi qəbul et” sözlərinin yazıldığı bildirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/301075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR