Qurani-Kərimdə xoşbəxtlər

Qurani-Kərimdə xoşbəxtlər
20:12 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimdə xoşbəxtlərin xüsusiyyətlərini təqdim edirik:
 
1. Təqvalılar
 
İslam maarifində vacibləri yerinə yetirmək və günahlardan çəkinmək təqva, vacibləri yerinə yetirən və günahlardan çəkinən şəxs isə təqvalı adlanır.
 
"Qohum-əqrəbaya, yetimlərə və yoxsullara yardım edirlər." ("Bəqərə"/177.)
 
"Qıtlıq zamanı (Allah yolunda) infaq (yardım) edirlər." ("Ali-İmran"/134.)
 
"İnsanların müqabilində qəzəblərini udurlar." ("Ali-İmran"/134.)
 
"Qiyamətdən qorxur və əməllərinə qarşı diqqətlidirlər." ("Ənbiya"/49.)
 
"Öyüd və nəsihət qəbul edirlər." ("Bəqərə/66.)
 
"Öz sözlərinə əməl edir, əhd-peymanlarına sadiqdirlər." ("Tövbə"/7.)
 
"Dünyada fitnə-fəsad törətmirlər." ("Qəsəs"/83.)
 
"Ölümdən qabaq öz əmlakı üçün vəsiyyət edirlər." ("Bəqərə"/180.)
 
"Tövbə edirlər və (tövbədən sonra) etdikləri pis işə bir daha qayıtmırlar." ("Ali-
İmran"/135.)
 
"Namz qılır və Allah yolunda infaq (yardım) edirlər." ("Bəqərə"/3.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR