İslam İnqilabı Keşikçiləri Korpusu nədir?

İslam İnqilabı Keşikçiləri Korpusu nədir?
20:22 5 Yanvar 2020
91 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar prezidenti Donald Tramp keçən il İranın elitar İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terrorçu təşkilat adlandırdı. Bu ilk dəfə idi ki, ABŞ rəsmi olaraq başqa bir ölkənin ordusunu terrorçu adlandırırdı. Ondan sonra ekspertlər belə bir qərarın iki ölkə arasında onsuz da gərgin olan münasinətləri daha da gərginləşdirəcəyini dedi.

İranda Pasdaran kimi tanınan İnqilab Keşikçiləri Qvardiyası 1979-cu ilin aprel ayında, İranın qərbyönümlü şahı Məhəmməd Rza Pəhləvi devrildikdən və İslam İnqilabından dərhal sonra yarandı.

İranın mərhum ali dini rəhbəri Ayətulla Xomeyninin tapşırığı ilə İnqilab Keşikçiləri Korpusunun əsas vəzifəsi ölkənin İslam sistemini və inqilabi dəyərlərini qorumaqdır.

Struktur

Bu gün İranın İnqilab Keşikçiləri Korpusu quru qüvvələri, dəniz donanması və hava birləşmələrindən ibarət, təxminən 150 min nəfərlik bir qüvvə olaraq, ölkənin əsas hərbi, siyasi və iqtisadi oyunçusuna çevrilib.Qurum həmçinin ölkənin ballistik raketləri və nüvə proqramlarına cavabdehdir.

Təşkilat olaraq İnqilab Keşikçiləri Korpusu Müdafiə Nazirliyinin bir hissəsi olaraq Birgə Silahlı Qüvvələr Baş Qərargahının tabeçiliyindədir. Amma Counter Extremism Project adlı beynəlxalq siyasət təşkilatının bildirdiyinə görə, ölkədə ordu ali dini rəhbər Əli Xameneiyə tabe olaraq qalır və seçilmiş mülki rəsmilər heç bir real səlahiyyətə malik deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR