Məhəmməd Cavad Zərif Pakistan, Livan və Hindistanın XİN rəhbərləri ilə danışıqlar aparıb

Məhəmməd Cavad Zərif Pakistan, Livan və Hindistanın XİN rəhbərləri ilə danışıqlar aparıb
20:47 5 Yanvar 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zəriflə general Qasım Süleymaninin öldürülməsi fonunda Livanın xarici işlər naziri Gebran Basil, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Mahmud Qureşi və hindistanlı həmkarı Subramaniam Cayşankor arasında telefon danışığı olub.
“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın xarici siyasət idarəsi bildirib.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər general Qasım Süleymaninin öldürülməsi fonunda son regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Livanın və Pakistanın Xarici İşlər nazirliklərinin başçıları generalın həlak olması ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı veriblər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ranin-xi-n-rehberi-pakistan-livan-ve-hindistanli-hemkarlari-ile-dani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR