"Beyl üçün futbol əsas deyil" - Kapello

"Beyl üçün futbol əsas deyil" - Kapello
21:12 5 Yanvar 2020
82 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın sabiq baş məşqçisi Fabio Kapello Qaret Beyl haqqında danışıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 30 yaşlı uelsli hücumçunun fikrinin futbolda olmadığını söyləyib:

"Beyl inanılmaz bir futbolçudur. Oyun tərzini sevirəm. Güclü və sürlətlidir. Müasir futbol üçün möhtəşəm xüsusiyyətlərə malikdir. Ancaq məncə, onun üçün əsas məsələ futbol deyil. Diqqəti dağılmış kimi görünür. Çempion olmaq üçün 100 faiz futbola köklənməyiniz lazımdır".

Qeyd edək ki, Q.Beyl 2013-cü ildən "kral klubu"nda oynayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR