Hicran xarabası və Vüsal məmləkəti

Hicran xarabası və Vüsal məmləkəti
21:17 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Maddiyyata ifrat surətdə bağlılıq, şəhvətə əndazəsiz meyil, ləzzətə aludəçilik, bütün vaxtı dünya malı qazanmağa sərf etmək, qafil insanlarla yoldaşlıq, xeyir işlərdən uzaqlıq, israfçılıq, xalqın problemlərinə biganəçilik, vacib işlərdə süstlük, günaha batmaq, elm və maarifdən xəbərsizlik hicran xarabasında sakinliyin nişanələridir.

Bu xarabada ilan-çayandan, hiyləgərlikdən, heyvanlıq və şeytançılıqdan, qarətçilik və quldurluqdan, yalan və xəyanətdən, riyakarlıq və eqoizmdən, qeybət və böhtandan, zina və oğurluqdan, təkəbbür və lovğalıqdan, bir sözlə, günahdan başqa bir şey tapılmaz.

Milli.Az maide.az-a istinadən bildirir ki, bu xarabalıqda qiymətli ömür puça çıxır, mənəvi dəyərlər havaya sovrulur, Adəm övladı əbədi bədbəxtliyə düçar olur.

Bu xarabada bütün ixtiyar şeytansifət cin və insanların əlindədir. Burada əksər insanlar daxilən heyvandır. Bu xarabadakı varlıqlar həqiqətə arxa çevirərək, zənn və gümana əsaslanırlar. Günahla qol-boyun olan bu dəstə ismət pərdəsini aradan qaldırmış, azğın nəfsin laylasından yatmışdır. Onların arvadları günahkar, qızları hiyləgər, oğlanları qəddar, gəncləri şəxsiyyətsiz, qocaları fasiq və bədəməldir. Onlar siçovul, dovşan, ilan, əqrəb xislətlidirlər. Biri dişi, o biri isə quyruğu ilə sancır. Bu xarabanın adı təbiət, padşahı cəhalət, ordusu çirkinliklər, tərkibi haram, məqsədi insanı məhv etməkdir.

Hicran xarabasının sakininə əqlən və şərən vacibdir ki, səmərəsiz və zərərli şeyləri qəlbindən çıxarıb, Vüsal məmləkətinə doğru hicrət etsin. İnsan eşq və çalışqanlıqla hərəkətə gəlməli, zikrdən güc alaraq mərifət və fəzilət, sədaqət və düzlük, haqq və həqiqət, vəfa və səfa, bəndəlik və ibadət, səbir və təvəkkül... məmləkətinə qədəm qoymalı, Allahla yaxınlığın şirinliyini duymalı, vüsal çiçəyinin ətrini almalı, ilahi əxlaqla bəzənməli, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığa nail olmalıdır. Qurani-Kərim çirkinlikdən gözəlliklərə doğru yönəlmiş bu aşiqanə hicrət haqqında belə buyurur:

وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

"Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər. Allah bağışlayan və rəhm edəndir!" ("Nisa" surəsi, ayə 100; "Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, səh.277-279.)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR