Sərxoş sürücü avtomobillə insanları əzdi - 6 nəfər yerindəcə öldü

Sərxoş sürücü avtomobillə insanları əzdi - 6 nəfər yerindəcə öldü
21:43 5 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Lutaqo kurort zonasında 28 yaşlı sürücü avtomobili turistlərin üzərinə sürüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Sui-qəsd zamanı Almaniya vətəndaşı olan 6 turist həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan biri müalicəsi üçün helikopterlə Avstriyanın İnsburk şəhərinə çatdırılıb, digərlərinə İtaliyada tibbi yardım göstərilib.

Hadisəni törədən sürücünün yerli sakin olduğu və maşını sərxoş vəziyyətdə idarə etdiyi üzə çıxıb. Onun turistləri qəsdən vurduğu bildirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/301082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR