Yeni Escalade dünyada ilk dəfə olaraq 8K displeyi ilə təchiz ediləcək

Yeni Escalade dünyada ilk dəfə olaraq 8K displeyi ilə təchiz ediləcək
22:05 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Cadillac şirkəti yeni nəsil Escalade ətrafında tüğyan edən ehtirasları qızışdırmağa başlayıb. Avtomobilin eksteryer və interyerinin cəsus şəkillərinin ardınca, amerikan şirkəti yeni ofrouderin ilk tizerini dərc edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, tizerdə avtomobilin ön panelində quraşdırılmış 38 düymlük qövsvari səthə malik olan displey təsvir olunub. Demək olar ki, ön panelin əksər hissəsini tutan iri displeyin bir hissəsini virtual cihazlar paneli təşkil edəcəkdir.

Marka nümayəndələrinin bildirdiyinə görə, yeni displeydəki piksellərin sıxlığı müasir 4K televizorlarında olduğundan iki dəfə yüksək olacaqdır. Bu isə, "avtomobil sənayesində ən geniş rəng diapazonuna malik olan" ekran deməkdir. Elektron panel haqqında başqa məlumat verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR