Hər kim "Loğman" surəsini oxusa…

Hər kim "Loğman" surəsini oxusa…
22:57 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Loğman" surəsi 34 ayədən ibarətdir və təfsir alimləri arasında onun Məkkədə nazil olması məşhur nəzər olsa da, bəzi alimlər, o cümlədən, Şeyx Tusi özünün "Tibyan" kitabında bu surənin "namaz" və "zəkat"dan söz açan 4-cü ayəsi və yaxud Fəxri-Razi həmin ayə ilə yanaşı Allah-Taalanın geniş elminə işarə edən 27-ci ayəsinin Mədinədə nazil olduğunu bildirmişlər. Amma buna dair heç bir dəlil-sübut gətirməmişlər. Çünki namaz və zəkat məsələsi (zəkat geniş mənada) Məkkədə də ilahi hökm olaraq icra olunurdu. Həmçinin Allah-Taalanın elminin hədsizliyi də Mədinəyə məxsus nişanələrdən olmaması aydın bir məsələdir. Demək, "Loğman" surəsi də Məkkədə nazil olmuş surələrdəndir və Məkkədə nazil olmuş surələrin ümumi möhtəvasını özündə əks etdirir; yəni bu surədə də İslamın əsas prinsiplərindən, məxsusən, "tövhid", "məad" və "nübüvvət" bəhslərindən söz açılır.
 
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَن قَرَأ سورَةَ لُقمانَ، کانَ لُقمانُ لَهُ رَفیقاً یَومَ القِیامَةِ، وَاُعطِىَ مِنَ الحَسَناتِ عَشراً بِعَدَدِ مَن عَمِلَ بِالمَعروفِ وَعَمِلَ بِالمُنکَرِ
 
"Hər kim "Loğman" surəsini oxusa, qiyamət günü Loğmanla birgə olar, ona yaxşı iş görən və pis işdən çəkinən hər bir kəsin sayı müqabilində on savab əta olunar." ("Məcməul-bəyan", 8-ci cild, səh.312.)
 
2.İmam Sadiq (ə) buyurmuşdur:
 
مَن قَرَأ سورَةَ لُقمانَ فی کُلِّ لَیلَة وَکَّلَ اللّهُ بِهِ فی لَیلَتِهِ ثَلاثِینَ مَلَکاً یَحفَظونَهُ مِن إبلیسَ وَجُنودِهِ حَتّى یُصبِحَ فَإن قَرَأها بِالنَّهارِ لَم یَزالوا یَحفَظونَهُ مِن إبلِیسَ وَجُنودِهِ حَتّى یُمسِىَ
 
"Hər kim "Loğman" surəsini gecə oxuyarsa, Allah-Taala onu sübhə qədər İblis və onun qoşunundan qorumaq üçün otuz mələk məmur edər və əgər gündüz oxuyarsa, (yenə) bu otuz mələk tərəfindən gün batana qədər İblis və onun qoşunundan qorunar." ("Nurus-səqələyn", 4-cü cild, səh.193; "Təfsiri-nümunə", 17-ci cild, səh.3-5)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR