Səudiyyə Ərəbistanından Türkiyəyə SƏRT ETİRAZ

Səudiyyə Ərəbistanından Türkiyəyə SƏRT ETİRAZ
23:23 5 Yanvar 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Türkiyənin Liviyaya əsgər göndərmək barədə qərarını qınayıb.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin sözügedən qərarının Ərəb Birliyinin mövqeyinə qarşı olduğu qeyd edilib:

“Türkiyənin bu addımı BMT tərəfindən Liviya ilə bağlı verilən qətnamələrin pozulması və böhranın həllinə istiqamətlənmiş addımların baltalanması mənasına gəlir”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə parlamentində Liviyaya əsgər göndərilməsi məsələsi müzakirəyə çıxarılaraq qəbul edilmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/301086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR