Audi ənənəvi düymələrdən imtina edəcək - FOTO

Audi ənənəvi düymələrdən imtina edəcək - FOTO
23:32 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Audi markasının şef dizayneri Mark Lixte yaxın gələcəkdə yeni avtomobillərin salonunda ənənəvi düymələrdən imtina ediləcəyini bildirib. İdarəetmə orqanlarının ənənəvi konfiqurasiyası yerini tamamlanmış reallıq effektini yaradan iri sensor panelinə verəcəkdir. Bu barədə Lixte Motor Authority nəşrinə verdiyi müsahibədə bildirib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Audi markasının baş dizayneri gələcəkdə cihazlar kombinasiyasının ölçülərinin kiçiləcəyini, ön panelin mərkəzində olan displeylərin iri monitorda birləşəcəyini söyləyib. Lixte sensorlu idarəetmə orqanlarının hamıya xoş gəlmədiyini bildiyi üçün, səsi tənzimləyən ənənəvi  şaybanı saxlamağa hazır olduğunu bildirib. Alman mütəxəssis, marka pərəstişkarlarını şoka salmamaq üçün, inqolştadt avtomobillərinin interyerindəki dəyişikliklərin tədricən aparılacağını da qeyd edib.

Hazırda alman markasının texniki inkişafın avanqardında e-tron ailəsindən olan elektromobillər gedir. Bu modellərin interyerində üç displey mövcuddur: bu ekranlarda məlumat-əyləncə, klimat-kontrolun və cihazlar panelinin məlumatları əks etdirilir.

Çox güman ki, interyerlərin rəqəmsallaşdırma prosesində nəinki ekranların ölçüləri, həmçinin onları sayı da artacaqdır. Məsələn, ənənəvi salon və yan güzgülərini əvəz edəcək kameraların displeylərini nümunə göstərmək olar.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR