İran nüvə anlaşmasından imtina etdi

İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzaladığı məhdudiyyət şərtlərinə bundan sonra əməl etməyəcək.

Bu barədə Metbuat.az İranın dövlət telekanalı İRİB-ə istinadən xəbər verir.

Rəsmi Tehranın yaydığı bəyanata görə, İran nüvə anlaşması ilə bağlı öhdəliklərin icrasına yalnız ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvindən sonra dönəcək.

Eyni zamanda, İran nüvə anlaşmasında nəzərdə tutulan və uranın zənginləşdirilməsi üçün olan sentrifuqaların son məhdudiyyətindən də imtina etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR