Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu?

Peyğəmbərin (s) səhabələrinin sayı məlumdurmu?
23:57 5 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Dini mənbələrdə Peyğəmbər (s) səhabələrinin sayının yüz mini ötdüyü qeyd olunur. Görkəmli alim Süyuti 114 min, İbn Kəsir isə 120 min səhabə olduğunu yazır. Rəvayətə görə, vida həccində Peyğəmbəri 100 min nəfərdən artıq müsəlman müşayiət edirdi. Böyük cəfəri alimi Şəhidi-sani də Peyğəmbərin (s) vəfatı zamanı 114 min nəfər səhabəsi olması barədə nəzəriyyəni qeyd edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, hədis və rical kitablarında adları çəkilən səhabələrin sayı bundan xeyli azdır. Mənbələrdə təqribən 13 min nəfər səhabənin adına rast gəlirik. Əhli-sünnənin məşhur rical kitablarından olan "əl-İsabə" kitabında 13.308 nəfər, "əl-İstiab" kitabında 3634 nəfər, "Üsüd əl-ğabə" kitabında isə 7711 nəfər səhabənin adı çəkilir. Böyük cəfəri alimi Şeyx Tusi öz rical kitabında Peyğəmbərdən (s) hədis nəql edənlər sırasında cəmi 468 nəfərin adını vermişdir. Əhli-sünnənin böyük alimi, irihəcmli "Müsnəd" kitabının müəllifi İbn Hənbəl təxminən 1300 nəfər səhabədən hədis nəql etmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR