Tramp: “ABŞ hücuma məruz qalsa, İrana qeyri-proporsional cavab verə bilər”

Tramp: “ABŞ hücuma məruz qalsa, İrana qeyri-proporsional cavab verə bilər”
01:12 6 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional (uyğun olmayan) cavab verə bilər.
“Report” xəbər verir ki, Ağ Ev rəhbəri Konqresə ünvanladığı fikirlərini özünün “Twitter”dəki səhifəsində paylaşıb. 
"Sosial şəbəkələrdəki bu paylaşımlar ABŞ Konqresinə xəbərdarlığa xidmət edəcək ki, əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər. Belə rəsmi xəbərdarlıq nəzərdə tutulmur, amma o, bununla belə edilib", - deyə Tramp yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-hucuma-meruz-qalsa-i-rana-qeyri-proporsional-cavab-vere-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR