Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda liderlik edir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xorvatiyanın Dövlət Seçki Komissiyasının qeyri-rəsmi məlumatına əsasən, siyasətçiyə seçicilərin 52,7%-i səs verib.

Məlumata görə, hazırkı dövlət başçısı Kolinda Qrabar-Kitaroviç 43,3% səs toplayıb.
Dövlət Seçki Komissiyası bildirib ki, seçkilərdə seçicilərin 55%-i iştirak edib.
Qeyd edək ki, bu, Xorvatiyada prezident seçkilərinin ikinci turu idi. Dünən keçirilən növbəti seçkilərdə ölkə rəhbəri vəzifəsinə əvvəlki raundun nəticəsinə görə birinci və ikinci yeri tutmuş müxalifətçi Sosial Demokrat partiyasından namizəd Zoran Milanoviç (29,55%) və hazırkı prezident Kolinda Qrabar-Kitaroviç (26,65%) iddialı idi.
İkinci turda əksəriyyətin seçici səsini toplayan namizəd qalib elan ediləcək.