Ermənistanda valyutadəyişmə məntəqəsinə hücum edilib.
“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Yerevanda qeydə alınıb.
Məlumata görə, hadisə paytaxtın Nor Nork rayonunda baş verib. Həmin rayonun 33 yaşlı sakini Mqer Ayrapetyan bıçaqla ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə hücum edərək məntəqənin 37 yaşlı işçisi Armen D-dən pul istəyib. Bu zaman hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ayrapetyan polis əməkdaşları tərəfindən yaxalanıb.