Bayram günləri “Azərişığ”a 1300-ə yaxın müraciət daxil olub

Bayram günləri “Azərişığ”a 1300-ə yaxın müraciət daxil olub
13:37 6 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib”.
Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalib: “İstehlakcilarin elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri “Azərişığ”ın 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.
Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejiminə fəaliyyət göstərib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bayram-gunleri-azerisig-a-1300-e-yaxin-muraciet-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR