Qoşulub qaçan qudalarla bağlı yeni detallar - Məsələnin üstü belə açıldı - VİDEO

Qoşulub qaçan qudalarla bağlı yeni detallar - Məsələnin üstü belə açıldı - VİDEO
16:17 6 Yanvar 2020
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qudalarla bağlı yeni detallar üzə çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, gündəmi zəbt edən hadisə ilə bağlı "Space TV"nin əməkdaşları reportaj hazırlayıblar.

Reportaj zamanı məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.

Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.

İllərdir, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, 29 dekabrda Ağdaş rayonunun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Mill.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR