Səhəri yanğınla açdılar

Səhəri yanğınla açdılar
09:42 17 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə bu gün səhər saat 8 radələrində yanğın baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə şəhərin Bağbanlar yaşayış massivində, Çarıqçılar küçəsi ev 56 ünvanında yaşayan, 59 yaşlı Cəmil İsmayılova məxsus evin hamamının üstündə tikilən yardımçı tikilə də qeydə alınıb. Yanğın Gəncə Şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb və yanğının ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 15 kv.m olan yardımçı tikilinin içindəki bütün əşyalar isə yanıb. Yardımçı tikilinin içindən işıq və qaz xətti keçdiyi üçün ilkin ehtimal kimi yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR