Bayramın yaratdığı çəkilərdən qurtulmağın ASAN ÜSULU - "RAFAELLO"

Bayramın yaratdığı çəkilərdən qurtulmağın ASAN ÜSULU - "RAFAELLO"
20:32 6 Yanvar 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Şübhəsiz ki, Yeni il süfrələrinizi bəzəyən çeşid-çeşid xörəklər, salat və şirniyyatların hamısından dadmısınız. İndi isə artıq kiloları ac qalmadan yox etmək istəyirsiniz. O zaman kəsmikli "Rafaello" reseptini sınayın.

Milli.Az arıqlamaq istəyən və dietada olanlar üçün çayla içməyə ideal "Rafaello" konfetinin reseptini təqdim edir.

Bizə lazım olacaq:

250 qr yağsız kəsmik

1 ədəd banan

80 qr yulaf kəpəyi

15 qr bal

Batırmaq üçün:

kokos yarması, küncüt və s. istifadə etmək olar

İçlik üçün:

15 ədəd ərik qurusu

15 ədəd badam

Banan və kəsmiyi blenderlə əzib, püre halına gətirin. Yulaf kəpəyini töküb, xəmir yoğurun. Xəmiri sellofana büküb, soyuducuda 1 saat saxlayın. Bu müddətdə içliyi hazırlayın. Ərik qurusunu isti suda isladıb, xırda-xırda doğrayaraq, eyni qaydada doğranmış badam əlavə edirik. Hər ikisini qarışdırırıq. Xəmiri soyuducudan çıxarıb, 15 hissəyə bölürük. Hər birini əlimizlə açıb, içərisinə içlik qoyuruq. Kürə şəklinə gətiririk. Hazır kürəcikləri kokos yarması, küncüt və s.-ə hərtərəfli batırırıq. Yağlı kağız sərilmiş soba sinisinə düzürük. 180 dərəcə isidilmiş sobada 10 dəqiqə bişiririk. Dietik konfetləri soyudub, nuş edə bilərsiniz. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/815587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR