Türkiyədə PKK terrorçuları saxlanılıb

Türkiyədə PKK terrorçuları saxlanılıb
22:08 6 Yanvar 2020
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Ədirnə vilayətində 3 PKK terrorçusu həbs edilib.

Trend-in məlumatına görə, daha əvvəl Türkiyə sərhəd bölmələri ölkə sərhədini qanunsuz keçmək istəyən üç nəfəri saxlayıb.

Yunanıstana qaçmağa çalışan şübhəli şəxslərin PKK terror təşkilatının üzvləri olduğu məlum olub.

Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3173418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR