Alimlər elmdə irəliləyiş üçün kvant texnologiyaları alyansı yaradıblar

Alimlər elmdə irəliləyiş üçün kvant texnologiyaları alyansı yaradıblar
07:32 7 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Son vaxtlar kvant kompüterləri və onunla bağlı texnologiyalar haqqında məlumatlar mətbuatda artıb. Aparıcı institut və universitetlərin alimləri perspektivli istiqamətin inkişafını sürətləndirmək üçün kvant hesablamaları üzrə alyans yaratdıqlarını elan ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Quantum Information Edge" alyansına Lourens Berkli Milli laboratoriyası və Sandia Milli Laboratoriyası rəhbərlik edəcəklər. Alyansa, həmçinin Merilend Universiteti, Dyuk Universiteti, Harvard Universiteti, Kolorado Universiteti, Berkli Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutunun Linkoln Laboratoriyası, Massaçusets Texnologiya İnstitutu və Nyu-Meksika Universiteti qoşulublar.

"Biz kvant informatikasında əhəmiyyətli irəliləyiş ərəfəsindəyik. "Quantum Information Edge" alyansı elm və texnologiyanın geniş sahələrində həllər axtarmaqla yanaşı, kvant tədqiqatları və hazırlamalarını sürətləndirəcək " - Berkli Laboratoriyasının qabaqcıl kvant sınaq stendinin direktoru İrfan Siddiki deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR