18:0 hesabla bitən oyunda azərbaycanlı dubl etdi

09:52 17 Yanvar 2015
94 İdman
Ölkə mətbuatı
A- A+

“Zenit”in tarixi qələbəsində azərbaycanlı imzası

Təlim-məşq toplanışını Qətərdə davam etdirən “Zenit” tarixi qələbəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisi yerli “Maliya” klubu ilə qarşılaşıb.
 
Matçda ruslar rəqibi darmadağın ediblər. Görüş 18:0 hesabı ilə “Zenit”in xeyrinə tamamlanıb.
 
Sanktpeterburqluların heyətində Andrey Arşavin, Denis Tkaçuk, Ramil Şeydayev dubl, Oleq Şatov, Domeniko Krişito və Salomon Rondon het-trik ediblər. Digər qolları Netu, Aleksandr Kerjakov, Halk, Ryazantsev və Timoşuk vurublar.
 
Qeyd edək ki, Ramil Şeydayev 1996-cı ildə Sankt-Peterburqda anadan olan Azərbaycan əsilli futbolçudur. “Zenit”in yetirməsi olan 18 yaşlı hücumçunun adı milli komandamızla hallanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR