Professordan qorxunc XƏBƏRDARLIQ: dünya ən pis fəlakəti hələ izləməyib, bir ay sonra... - FOTOLAR

Professordan qorxunc XƏBƏRDARLIQ: dünya ən pis fəlakəti hələ izləməyib, bir ay sonra... - FOTOLAR
10:38 7 Yanvar 2020
80 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ən pisi hələ qabaqdadır. Yanğın daha dəhşətli fəlakətlərə yol açacaq”.

Publika.az xəbər verir ki, bunu Avstraliyanın Monaş Universitetinin Dünya, Atmosfer və Ekologiya Akademiyasının professoru Nevill Nikols ölkədə ötən ilin sentyabr ayından bəri davam edən yanğınlar haqqında danışarkən deyib.

Professor bildirib ki, əhalinin yağış yağmasına ümid etməsi yanlış addımdır: “Ölkənin böyük hissəsi yanğınlar nəticəsində yox olub. Ölkəni leysan yağışların yaradacağı seldən qoruyacaq çox az şey qalıb. Bundan başqa, fırtına fəlakətləri yaxınlaşmaqdadır. Meşələri və otlaqları yox edən yanğınlar və sel riski çılpaq torpaq və quraqlığa səbəb olan bitki örtüyünün əskikliyinə görə daha da artmaqdadır. Cənubda yaşanan quraqlıq yanğınları da ağır və kütləvi hala gətirəcək. Bu da sel riskinin artmasına səbəb olacaq”.

Nikols yaz fəslinin Avstraliya üçün daha yeni başladığını və əsl istilərin fevral ayının əvvəllərində olacağını xatırladıb: “Bu dövrlər yanğın daha da pisləşə bilər. Cənubi Avstraliyadakı kəskin isti hava dalğaları üçün ən riskli zamandan bir ay uzaqdayıq”.

Professor qeyd edib ki, qlobal istiləşmə yanğın mövsümünü uzadır: “İsti hava dalğalarını daha kəskin, sıx və uzun vəziyyətə gətirir. Eyni zamanda, leysan yağışlar ehtimalını artırır. Toplum can və mülklərini təhdid edən hava və iqlim təhdidlərini görməlidir”.

Qeyd edək ki, Avstraliyanın baş naziri Skott Morrison həftəsonu verdiyi açıqlamada böhranın aylarla davam edə biləcəyini demişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/301168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR