ABŞ məşhur atom bombardmanlarını İrana qarşı göndərir

ABŞ məşhur atom bombardmanlarını İrana qarşı göndərir
12:48 7 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ məşhur nüvə potensiallı 6 ədəd B-52 bombardman təyyarəsini Hind okeanına göndərəcək.

Publika.az xəbər verir ki, bu iddia CNN telekanalında səsləndirilib.

Adı açıqlanmayan amerikalı diplomatik mənbəyə istinadən verilən bilgiyə görə, bombardmançılar Dieqo Qarsia adasında yerləşdiriləcək.

Qeyd olunub ki, B-52-lər İranla gərginliyin artmasına qarşı tədbir məqsədilə ABŞ Müdafiə Nazirliyi tərəfindən göndərilir. Təyyarələr hazır vəziyyətdə saxlanır, lakin əməliyyat keçirmək təlimatı verilmir.

Qeyd edək ki, sözügedən ada İrana 4 min km məsafədə yerləşir.

ABŞ-ın B-52 təyyarələrinin bölgədəki bazasına deyil, Hind okeanındakı bir adaya yollama planının səbəbi sözügedən adanın İranın 2 min kilometrlik Şəhab və 2 min 500 kilometrlik Sumar kəşfiyyat raketlərinin mənzillərdən kənarda qalmasıdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR